İsveçrə nəhənginin klub telekanalı Azərbaycan paytaxtı barədə maraqlı videosüjet hazırlayıb
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq İsveçrənin "Yanq Boyz" klubu tez-tez rəsmi saytı vasitəsilə həm rəqib komanda, həm onun təmsil etdiyi Ağdam, həm də Azərbaycan və Bakı ilə bağlı azarkeşlərinə mütəmadi maraqlı məlumatlar çatdırır. İlk oyunda Ağdam klubuna 0:1 hesabıyla məğlub olmuş İsveçrə nəhənginin klub telekanalı Azərbaycan paytaxtı barədə maraqlı videosüjet hazırlayıb.

Xəbər 827 dəfə oxundu.