"Qarabağ" qrup mərhələsinin bir addımlığında
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə üstünlüyü qorumağa çalışacaq.

Ötən mövsüm tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandası həmin uğuru təkrarlamağa çox yaxındır. Bunun üçün "Qarabağ"ı axşamkı görüşdə istənilən heç-heçə də qane edəcək. Matç saat 21:00-da başlayacaq.

Xəbər 640 dəfə oxundu.