Qurban Qurbanov: "Qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib: "Yanq Boyz" çətin rəqibdir. Asan oyun gözləmirəm. İlk oyun da rəqibimizin necə çətin rəqib olduğunu göstərdi.

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var. Ona görə bu imkandan maksimum yararlanmalıyıq. Qazonun vəziyyətini düşünmürük. Bunu unutsaq, daha yaxşı olar".

Xəbər 645 dəfə oxundu.