Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutub
Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutub.
Moskovanın "Ximki" stadionunda Lissabonun "Sportinq" klubunu qəbul edən Rusiyanın ÇSKA klubu 3:1 hesablı qələbəyə imza atıb. Xatırladaq ki, ilk oyun "Sportinq"-ın qələbəsi ilə yekunlaşmışdı - 2:1.

Beləliklə, Rusiya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış oldu. Portuqaliyalılar isə Avropa Liqasında mübarizə etməli olacaq.

Hər iki komandanın rəqibləri cümə günü Nyon şəhərində məlum olacaq.

Xəbər 610 dəfə oxundu.