Libertadores Kubokunu qazandı, Kiprə getdi
Argentina millisinin sabiq hücumçusu Fernando Kavenaqinin yeni klubu müəyyənləşib. 31 yaşlı forvard karyerasını Kiprdə davam etdirəcək. O, APOEL-lə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kavenaqinin son klubu "River Pleyt” olub və o, bu komandanın heyətində 3 həftə əvvəl Libertadores Kubokunu qazanıb.

Xəbər 690 dəfə oxundu.