Amerikalı azarkeşlər avropalı ulduzlarla məzələndi
MLS çempionatının növbəti turunda "Nyu York Red Bullz” "Nyu York Siti”ni 2:0 hesabıyla üstələyib. Nyu York derbisi zamanı amerikalı azarkeşlər "Siti”nin avropalı ulduzlarıyla məzələnib.

Belə ki, fanatların açdığı bannerdə qonaq komandanın ulduz futbolçuları Frenk Lempard və Andrea Pirlo əsa ilə əks olunub. Bu oyunçuları qoca kimi qələmə verən "Red Bulz” azarkeşləri rəqibə mesaj da göndərib: "Nyu York Siti – qocalar evi”.

Qeyd edək ki, 37 yaşlı Lempard və 36 yaşlı Pirlo MLS-də cari mövsüm debüt edib.

Xəbər 680 dəfə oxundu.