"Rəvan" yoxlama oyununda qalib gəldi
"Rəvan” Zaqatala səfəri öncəsi yoxlama oyunu keçirib. Paytaxt klubu dünən yeni mövsümdə birinci divizionda mübarizə aparacaq "Şərur”la qarşılaşıb. "Bayıl Arena”da baş tutan matç "Rəvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Fərid Quliyev və baxışda olan ukraynalı Artyom Butenin imza atıblar Qeyd edək ki, Rəvan” "Avro-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, təlim-məşq toplanışı keçmək üçün bu gün Zaqatalaya üz tutub.

Xəbər 692 dəfə oxundu.