Patrik Klyuvertdən "Zirə"nin hücumçusuna dəvət
"Zirə"nin hollandiyalı hücumçusu Rihairo Meulens Kuraçao millisindən dəvət alıb.

Kuraçao millisinin baş məşqçisi Patrik Klyuvert DÇ-2018-in seçmə mərhələsi çərçivəsində El Salvadora qarşı oyunlarda iştirak etmək üçün "Zirə"nin legionerinə dəvət göndərib.

28 yaşlı hücumçu bu günə qədər Kuraçao millisinin heyətində 5 oyunda meydana çıxıb. O, bu oyunlarda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu millilər arasında ilk oyun avqustun 31-də Kuraçaoda, təkrar oyun isə sentyabrın 8-də El Salvadorda baş tutacaq.

Xəbər 710 dəfə oxundu.