"Traktor Sazi" növbəti matçına çıxır
İran çempionatında beşinci turunun oyunları keçirilir.

Təbrizin "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxacaq. "Traktor Sazi" öz meydanında "İstiqlal" (Kuzestan) klubu ilə qarşılaşacaq. Ötən turda səfərdə "Padideh Xorasan"a 0:1 hesabı ilə uduzan Təbriz təmsilçisi bu görüşdə qələbə qazanmağa çalışacaq. Matç Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Qeyd edək ki, "Traktor Sazi" keçirdiyi dörd oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər 709 dəfə oxundu.