"Sumqayıt"da istirahət başa çatır
Komanda sabahdan etibarən məşqlərə başlayır

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 3 günlük istirahəti başa vurmaq üzrədir.

Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən doğma meydanda hazırlıqlara start verəcək. Milli komandanın oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq "Sumqayıt" yoxlama oyunu keçirəcək. Komanda sentyabrın 5-də "İnter"lə üz-üzə gələcək. Həmin qarşılaşma "İnter Arena"da baş tutacaq.

Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.

Xəbər 703 dəfə oxundu.