Stolüstü tennis üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib
Sentyabrın 25-dən oktyabrın 4-dək Rusiyanın Yekaterinburq şəhərində stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.

Avqustun 25-də çempionatın püşkü atılıb.

Turnir şəxsi və komanda xarakteri daşıyacaq və əsas diqqət məhz komanda yarışlarına yönələcək. “A” qrupunda Markoş Freytaş, Tiaqu Apoloniya, Joau Monteyro, Dieqo Çen və Joau Jeraldunun yer aldığı Portuqaliyanın yığma komandası Fransa, Macarıstan və Serbiya ilə üzləşəcək. “B” qrupunda isə Dmitri Ovtçarov, Timo Boll, Bastian Şteqer, Patrik Baum və Patrik Fransiskodan ibarət Almaniya komandası Ukrayna, Polşa və İspaniya yığması ilə görüşəcək. “C” qrupunda ötən ilin bürünc mükafatçısı İsveç komandası Rusiya, Avstriya və Rumıniya idmançıları ilə mübarizə aparacaq. Nəhayət “D” qrupunda Xorvatiya, Belarus, Yunanıstan, Danimarka və Çexiya komandaları qarşılaşacaq.

Qadınların yarışında “A” qrupunda Almaniya, Belarus, Çexiya və Slovakiya, “B” qrupunda Avstriya, Rumıniya, Fransa, Serbiya, “C” qrupunda Polşa, Rusiya, Macarıstan və Lüksemburq, “D” qrupunda isə İsveç, Niderland, Portuqaliya və Ukrayna ən yüksək mükafatlar uğrunda mübarizə aparacaq.

Ötən il Lissabonda keçirilən Avropa çempionatında çempion adını ev sahibləri qazanmışdılar.

Xəbər 2215 dəfə oxundu.