Harald Qamperle: Qarabağa qol vurmaq üçün daha 90 dəqiqəmiz var
İsveçrənin "Yanq Boyz" klubunun baş məşqçi əvəzi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. İdman.com.az xəbər verir ki, o, bunları söyləyib:

"Komandamız ancaq uğura köklənib. Uşaqlar məşqlərdə çox çalışıblar. Qarşıda bizim "Qarabağ"a qol vurmaq üçün daha 90 dəqiqəmiz var".

Qeyd edək ki, "Qarabağ" ötən həftə bu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Cavab matçı isə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər 686 dəfə oxundu.