Rəvan toplanış öncəsi qələbə qazandı
“Rəvan” PFK Zaqatala səfəri öncəsi yoxlama oyunu keçirib. Paytaxt klubu dünən yeni mövsümdə I divizionda mübarizə aparacaq “Şərur”la qarşılaşıb.

“Bayıl Arena”da baş tutan matç “aslanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarına Fərid Quliyev və baxışda olan ukraynalı Artyom Butenin imza atıblar. Künc zərbəsindən sonra fərqlənməyinə rəğmən, əcnəbi müdafiəçi məşqçilər korpusunun etimadını qazana bilməyərək, yola salınıb.

Qeyd edək ki, Rəvan” PFK AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək, təlim-məşq toplanışı keçmək üçün bu gün Zaqatalaya üz tutub.

Xəbər 675 dəfə oxundu.