"Qarabağ"ın rəqibi şəhərimizi gəzdi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan İsveçrənin "Yanq Boyz" klubu ötən gündən Bakıdadır. Bu gün səhər saatlarında Bern təmsilçisinin futbolçuları Azərbaycan paytaxtını gəzintiyə çıxıblar.

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı cavab matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 623 dəfə oxundu.