"Beşiktaş"ın futbolçusu "Qalatasaray"da
Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirməkdə davam edir.

İstanbul nəhəngi əzəli rəqibi "Beşiktaş"ın qapıçısı Cenk Göneni heyətinə qatıb. Klublar arasında razılıq əldə olunub. Qolkiper özü də "Qalatasaray"a keçməyə razıdı. Bu transfer "cim bom"a 700 min avroya başa gələcək. Önümüzdəki günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Xəbər 699 dəfə oxundu.