"Qalatasaray"ın ulduzu PSJ-də
Fransanın PSJ klubu heyətini daha bir futbolçuilə gücləndirib.

Pariş təmsilçisi Türkiyənin "Qalatasaray" komandasını sol cinah müdafiəçisi Aleks Telleslə razılığa gəlib. Braziliyalı oyunçunun transferi üçün PSJ İstanbul nəhənginə 7 milyon avro ödəyəcək. Telleslə neçə illik müqavilə imzalanacağı barədə məlumat verilmir.

Qeyd edək ki, "Qalatasaray" gənc futbolçunu 2014-cü ilin yanvar ayında Braziliyanın "Qremio" klubundan 6 milyon avroya transfer etmişdi.

Xəbər 692 dəfə oxundu.