Qəbələ Yunanıstana iki saat gec yola düşəcək
Xəbər verdiyimiz kimi, "Qəbələ" bu gün saat 11:00-da Yunanıstana yola düşməliydi. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Panatinaikos"la cavab matçı keçirməli olan təmsilçimiz Afinaya nəzərdə tutulandan iki saat gec - 13:00-da yollanacaq.

Gecikməyə səbəb çarter reysi ilə bağlıdır. Problem yoluna qoyulan kimi, komandamız səfərə çıxacaq.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı avqustun 27-də keçiriləcək. Tərəflər arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmayıb - 0:0.

Xəbər 691 dəfə oxundu.