Çempionlar Liqasının tarixində bir ilk
Çempionlar Liqasında bir ilkə imza atılıb.

İlk dəfə ÇL-in qrup mərhələsində bir ölkədən beş komanda çıxış edəcək.

Bu, ÇL-in "pley-off" mərhələsində "Monako" - "Valensiya" oyunundan sonra baş verib. İspaniya klubu iki oyunun nəticəsinə (3:1, 1:2) əsasən növbəti mərhələyə yüksəlib.

Bununla da "Valensiya" "Barselona", "Real", "Atletiko", "Sevilya"dan sonra ÇL-in qrup mərhələsində iştirak edəcək 5-ci İspaniya klubu olub. Bu isə sözügedən turnirin tarixində bir ilkdir.

Xəbər 659 dəfə oxundu.