Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komandanı bundan sonra Bert van Marveyk çalışdıracaq.

63 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçisi də bəllidir. Hollandiyalı mütəxəssisə "Bavariya", "Barselona" və "Milan"da çıxış etmiş Mark van Bommel köməklik edəcək.

Qeyd edək ki, van Marveykin son komandası Almaniyanın "Hamburq" klubu olub.

Xəbər 733 dəfə oxundu.