Futzal millimizdən qələbə
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ABU Arena-da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib. Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar.

Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. ABU Arena-da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Xəbər 676 dəfə oxundu.