Yığmamız Ukrayna ilə bərabərə qaldı
Ukraynada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığma komandamız yoxlama oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı həmyaşıdları ilə qarşılaşan U-17 heç-heçə edib – 0:0.

Komandalar arasında növbəti oyun sabah keçiriləcək.

Xəbər 706 dəfə oxundu.