“İqtisadçı”da yeni baş məqqçi
“İqtisadçı” voleybol klubunun baş məşqçisinin adına aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, CEV kuboku ilə vidalaşan Super Liqanın bürünc mükafatçısını mövsümün sonuna kimi Eldar Əliyev çalışdıracaq.

Klub rəhbərliyi son 2 ildə köməkçi-məşqçi işləyən sabiq referi ilə bu barədə razılığa gəlib. Mütəxəssis həmçinin, “İqisadçı”nı avrokubokda İtaliya “Yamamay”ı oyunda da meydana çıxarmışdı.

Xəbər 1875 dəfə oxundu.