​Tarixdə ilk dəfə bir ölkənin 5 klubu Çempionlar Liqasında çıxış edəcək
İspaniyanın 5 futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Sonuncu olaraq İspaniyanın "Valensiya" klubu Fransa "Monako"su ilə keçirdiyi iki oyunun nəticəsinə görə (3:1, 1:2) mötəbər turnirin final mərhələsinə vəsiqə qazanıb.

Bu, tarixdə bir ölkənin 5 təmsilçisinin turnirin qrup mərhələsində mübarizə aparacağı ilk haldır.

"Valensiya" ilə yanaşı İspaniya çempionatında ilk üç yeri tutmuş "Barselona", "Real" və "Atletiko", həmçinin Avropa Liqasının sonuncu qalibi "Sevilya" Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Turnirin qrup mərhələsinin püşkatma mərasimi cümə axşamı keçiriləcək.

Xəbər 667 dəfə oxundu.