"Vest Hem"in futbolçusu saxlanıldı
İngiltərənin "Vest Hem" klubunun üzvü Diaffa Saho şahidi ölümlə hədələdiyi üçün həbs olunub.

25 yaşlı oyunçu avqustun 23-də saxlanılıb. Sonradan o, zaminə buraxılıb. Araşdırmalar oktyabrda yekunlaşacaq. Sahonun özü bütün ittihamları rədd edərək, heç bir şərh vermək istəməyib.

Qeyd edək ki, Diaffa Saho bu mövsüm İngiltərə çempionatında 3 oyuna çıxıb.

Xəbər 629 dəfə oxundu.