"Seltik" klubu özü də bu turnirdəki mübarizəsini dayandırıb.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın yolunu kəsən Şotlandiyanın "Seltik" klubu özü də bu turnirdəki mübarizəsini dayandırıb. Sözügedən klub pley-off mərhələsində İsveçin "Malmö" klubu ilə mübarizə aparırdı.

Şotlandiya çempionu doğma meydandakı ilk oyunda 3:2 hesabı ilə qələbə qazanmışdı. Amma səfər matçında "Malmö" iki cavabsız qolla qalib gələrək, "Seltik"i ÇL-dən kənarlaşdırıb. Nəticədə, İsveç təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazandığı halda, Şotlandiya nəhəngi Avroliqanın qrupunda oynamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "Seltik" "Qarabağ"a evdə 1:0 hesabıyla qalib gəlmişdisə, Bakıdakı görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.

Xəbər 642 dəfə oxundu.