Qəbələnin forvardı Litva və Sloveniya ilə oyunlara dəvət olundu
Estoniya yığmasının baş məşqçisi Maqnus Persson AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Litva və Sloveniyaya qarşı keçirəcəkləri oyunlar üçün heyəti açıqlayıb. Baş məşqçinin heyətə daxil etdiyi 23 futbolçu arasında Azərbaycan Premyer Liqasında çıxış edən oyunçu da var.

Bu, "Qəbələ"nin hücumçusu Sergey Zenyovdur. Qeyd edək ki, o, Estoniya yığmasında indiyə qədər 44 oyun keçirib. Litva ilə görüş Sergey üçün yubiley - 45-ci ola bilər.

Xəbər 746 dəfə oxundu.