"Qarabağ" - "Yanq Boys" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Yanq Boys" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Avqustun 26-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov 17:15-də media mənsublarının önünə çıxacaq.

"Yanq Boyz"un məşqçisi Harald Qamperle isə 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibin oyunöncəsi son çalışması 18:15-də baş tutacaq.

Ağdamlıların oyunöncəsi son məşqi sabah saat 19:15-də Suraxanı qəsəbəsində yerləşəni bazada keçiriləcək.

Xəbər 679 dəfə oxundu.