"Qarabağ" mərkəzi arenadan imtina etdi
"Qarabağ" "Yanq Boyz"la oyundan əvvəl son məşqini matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respubika stadionunda baş tutmayacaq. Ağdam klubunun sabah saat 19.15-də başlayacaq son məşqi Suraxanı qəsəbəsindəki bazada keçiriləcək.

Bundan iki saat əvvəl baş məşqçi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionun konfrans zalında mətbuat konfransı keçirəcək.

"Yanq Boys"un baş məşqçisi Harald Qamperle isə saat 17.45-də jurnalistlərin suallarını cavablandıracaq. İsveçrə klubu saat 18.15-də mərkəzi arenada son məşqinə çıхacaq.

Xəbər 705 dəfə oxundu.