"Qəbələ"nin daha bir futbolçusu milliyə çağırıldı
Estoniya millisinin baş məşqçisi Maqnus Persson komandasının AVRO-2016 seçmə mərhələsi çərçivəsində Litva və Sloveniya ilə oynayacaqları matçlar üçün 23 nəfərlik siyahını açıqlayıb. Persson bu iki qarşılaşma üçün hazırda “Qəbələ” heyətində UEFA Avropa Liqasında çıxış edən hücumçu Sergey Zenyovu da dəvət edib. Qeyd edək ki, Zenyov bu vaxta qədər ölkəsinin milli komandasında 44 oyunda meydana çıxıb və 9 qola imza atıb. Əlavə olaraq bildirək ki, Estoniya millisi Litva ilə sentyabrın 5-də evdə, Sloveniya ilə isə ayın 8-də səfərdə qarşılaşacaq.

Xəbər 743 dəfə oxundu.