Azərbaycan–Xorvatiya oyununa bilet satışı davam edir
“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan–Xorvatiya oyununa bilet satışı davam edir.

Biletləri “Bakcell Arena”nın kassalarından, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür. Qarşılaşmanın biletlərinin onlayn satışı www.tickets.affa.az saytında aparılır.

Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatdır.

Xəbər 665 dəfə oxundu.