İnter istirahətdən qayıdandan sonra Sumqayıtla yoxlama oyunu keçirəcək
"İnter" Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə" ilə səfər oyunundan sonra istirahətə buraxılıb. Baş məşqçi Zaur Svanadze milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək, futbolçulara avqustun 28-nə qədər istirahət verib.

Komanda həmin gün yenidən bir araya gələcək və növbəti turun "Qəbələ" ilə oyunu üçün hazırlığa başlayacaq.

Qeyd edək ki, "İnter" həmin oyunadək "Sumqayıt"la yoxlama matçı da keçirəcək. Bu görüş sentyabrın 5-də "İnter Arena"da baş tutacaq.

"İnter" - "Qəbələ" matçı isə avqustun 13-də keçiriləcək.

Xəbər 718 dəfə oxundu.