Balotelli yenidən "Milan"da
"Milan" sabiq futbolçusu Mario Balotellinin keçidini rəsmiləşdirib.

Müqavilə ilə "Liverpul"a məxsus olan italiyalı futbolçu qarşıdakı mövsümdə "Milan"da icarə əsasında çıxış edəcək.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu "Milan"la rəsmi müqavilə imzalayıb. "Milan"ın Balotelli üçün "Liverpul"a təzminat ödəməyəcəyi iddia edilir.

Balotelli yenidən "Milan"a qayıtması ilə bağlı bunları deyib: "Milan"a qayıtdığım üçün çox xoşbəxtəm. Deməyə çox sözüm yoxdur. Danışmaq əvəzinə daha çox çalışmalıyam. "Milan" hər zaman qəlbimdə olub və bir gün yenidən bu kluba qayıdacağıma ümid edirdim".

Qeyd edək ki, 2013/2014 mövsümündə "Milan"da çıxış edən Balotelli keçirdiyi 43 oyunda 26 qol vurub.

Xəbər 685 dəfə oxundu.