"Panatinaikos"un baş məşqçisi Qriqorçuku qabaqladı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 27-si Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək "Panatinaikos" - "Qəbələ" matçından öncə mətbuat konfransları və komandaların oyunöncəsi son məşqləri baş tutacaq.

Roman Qriqorçukun Afinada jurnalistlərlə görüşü yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 22:30) start götürəcək. Bundan yarım saat sonra isə ukraynalı mütəxəssis komandasını son məşqə çıxaracaq.

"Panatianikos"un baş məşqçisi Yannis Anastasiu isə yerli vaxtla 15:45-də mətbuat konfransı keçirəcək, 17:30-da da komandasını son məşqə çıxaracaq.

Xəbər 716 dəfə oxundu.