"Şəmkir" daha bir yoxlama matçı keçirir
Növbəti mövsüm hazırlıqlarını davam etdirən "Şəmkir" daha bir yoxlama matçı keçirir.

Şəmkir təmsilçisi Qazax şəhər stadionunda "Göyəzən"i qəbul edəcək. Görüş sabah saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Şəmkir" daha öncə keçirdiyi yoxlama matçında "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

Xəbər 709 dəfə oxundu.