Ramil Quliyev dünya çempionatında 1-ci oldu
Pekində keçirilən atletika üzrə dünya çempionatı davam edir. Bu gün kişilərin 200 metr məsafəyə yarışında yarımfinallar baş tutub. Əsas favorit Jeyson Qetlin və Useyn Bolt finala yüksələ biliblər. Vaxtilə ölkəmizi təmsil edən və hazırda Türkiyə bayrağı altında çıxış edən həmyerlimiz Ramil Quliyev yarımfinalda öz qaçışında 20,01 saniyəlik nəticəylə Türkiyə rekordu ilə 1-ci olaraq finala yüksəlib.

Xəbər 872 dəfə oxundu.