Mirhüseyn Seyidov karyerasını Türkiyədə davam etdirə bilər
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov karyerasını Türkiyədə davam etdirə bilər.

Onunla bu ölkənin bir-neçə klubu maraqlanır.

Hətta həmin klublardan birinin Superliqa təmsiçisi olduğu da deyilir. Qalanları isə Bank Asiya 1 liqa klublarıdır. Futbolçunun hazırda "İnter"lə qışa qədər müqaviləsi var. Qışda Seyidov seçimini edəcək və "bankirlər"in mövcud durumu düzəlməsə, böyük ölçüdə Türkiyəyə üz tutacaq.

Xəbər 683 dəfə oxundu.