Qurban Qurbanov jurnalistlərlə görüşəcək
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la İsveçrə "Yanq Boyz"u arasındakı cavab matçı öncəsi mətbuat konfransı təşkil olunacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov sabah saat 17:30-da jurnalistlərlə görüşəcək. 18:00-da isə komandasını son məşqə çıxaracaq.

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı cavab matçı avqustun 27-də keçiriləcək. Tərəflər arasındakı ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 664 dəfə oxundu.