Azərbaycan Slovakiyanı yenilənmiş arenada qəbul edəcək | |
Futzal üzrə Azərbaycan və Slovakiya yığmaları arasında Avropa çempionatına vəsiqə uğrunda ilk pley-off matçının keçirilmə vaxtı müəyyənləşib. Qarşılaşma sentyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək. Hansı ki, Avropa Oyunları ilə əlaqədar bu arenada da yenidənqurma işləri aparılıb. Oyun saat 21:00-da start götürəcək. Qeyd edək ki, cavab görüşü sentyabrın 22-də Slovakiyada keçiriləcək. |
|
Xəbər 667 dəfə oxundu. |
|
|