Azarkeşlərin AFFA və PFL ilə görüşü təxirə düşdü
Xəbər verdiyimiz kimi, beynəlxalq və daxili oyunlarda polislər tərəfindən əsassız şəkildə döyülən futbol azarkeşləri bu zorakılığın qarşısını almaq üçün AFFA və PFL-ə müraciət etmək qərarına gəlmişdilər.

Hətta PFL rəsmisi Aslan Şahgəldiyev yazılı müraciət olunacağı halda, bunu dəyərləndirəcəklərini bildirmişdi. Görüşün isə "Qarabağ"ın İsveçrənin "Yanq Boyz" klubu ilə keçirəcəyi matçdan əvvəl təşkil olunacağı nəzərdə tutulmuşdu.

Bu görüş təxirə salınıb. Belə ki, sözü bir araya gətirə bilməyən fanatlar sonda qərara gəliblər ki, belə bir görüş millimizin Xorvatiya ilə oyunundan əvvəl keçirilsin.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də keçiriləcək.

Xəbər 681 dəfə oxundu.