Millimizin rəqibinin heyəti açıqlandı
"Avro-2016"nın seçmə mərhələsində gələn ay Bolqarıstan və Xorvatiya millisi ilə qarşılaşacaq Norveç yığmasının heyəti açıqlanıb.

Rəqibimizin baş məşqçisi Per-Matias Hoqmo qarşıdakı oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, sentyabrın 3-də səfərdə Bolqarıstanın qonağı olacaq
Norveç millisi 3 gün sonra evdə Xorvatiya yığmasını qəbul edəcək.




Qapıçılar: Andre Hansen ("Rusenborq"), Rune Jarstein ("Herta, Almaniya), Öryan Haskyold Nilan ("İnqolştadt", Almaniya)

Müdafiəçilər: Haytam Alesami ("Qöteburq", İsveç), Jo İnge Berget ("Malmö", İsveç), Omar Elabdellaoui ("Olimpiakos", Yunanıstan), Veqard Forren ("Molde"), Even Hovland ("Nürnberq", Almaniya), Tom Heqli ("Kebenhavn"), Martin Linnes ("Molde"), Yone Samuelsen ("Odd"), Stefan Strandberq ("Rusenburq")

Yarımmüdafiəçilər: Pal Andre Helland ("Rusenburq"), Markus Henriksen ("AZ Alkmaar", Hollandiya), Stefan Yohansen ("Seltik", Şotlandiya), Hovard Nordtveit ("Borussiya", Münhenqladbax), Ole Kristian Selnes ("Rusenburq"), Per Silyan Şelbred ("Herta"), Aleksandr Tetti ("Norviç")

Hücumçular: Adam Diomande ("Stabek"), Josua Kinq ("Bləkbörn", İngiltərə), Aleksandr Toft Sederlund ("Rusenburq"), Martin Edeqor ("Real", İspaniya)

Xəbər 696 dəfə oxundu.