Alinanın ilk Avropa gümüşü
Macarıstanın Ketshey şəhərində qızlar arasında boks üzrə Avropa çempionatı başa çatib. Yarışda Azərbaycanı Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq), Nərminə Yariyeva (60 kq) və Alina Hacıyeva (+81 kq) təmsil ediblər. İlk 3 idmançımız finala qədər yolu başa vura bilməyərək, rəfiqələri Alina Hacıyevanı tək qoyublar. Alina ilk döyüşlərni uğurla başa vurub, yarımfinada macar Ester Bentseniyə qalib gəlib. Finalda isə onu Rusiya boksçusu, Alina üçün keçilməz sədd olan Mariya Şişmarova gözləyirdi. Artıq neçənci dəfədir ki, boksçumuz yarımfinalda rusiyalı rəqibinə məğlub olur. Lakin bu dəfə onlar finalda qarşılaşıblar. Alina bu səddi yenə də bilməsə də qitə birniciliyində ilk gümüş medalını qazanıb. Xatırladaq ki, bu, Alinanın Avropa çempiontatında ikinci mükafatıdır. Ötən il İtaliyada keçirilən qitə bitrinciliyini o, bürünc medalla başa vurmuşdu. İki il əvvəl Bolqarıstanın Albena şərənidə və bu il Tayvanda dünya üçüncüsü olub.Macarıstanın Ketshey şəhərində qızlar arasında boks üzrə Avropa çempionatı başa çatib. Yarışda Azərbaycanı Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq), Nərminə Yariyeva (60 kq) və Alina Hacıyeva (+81 kq) təmsil ediblər. İlk 3 idmançımız finala qədər yolu başa vura bilməyərək, rəfiqələri Alina Hacıyevanı tək qoyublar. Alina ilk döyüşlərni uğurla başa vurub, yarımfinada macar Ester Bentseniyə qalib gəlib. Finalda isə onu Rusiya boksçusu, Alina üçün keçilməz sədd olan Mariya Şişmarova gözləyirdi. Artıq neçənci dəfədir ki, boksçumuz yarımfinalda rusiyalı rəqibinə məğlub olur. Lakin bu dəfə onlar finalda qarşılaşıblar. Alina bu səddi yenə də bilməsə də qitə birniciliyində ilk gümüş medalını qazanıb. Xatırladaq ki, bu, Alinanın Avropa çempiontatında ikinci mükafatıdır. Ötən il İtaliyada keçirilən qitə bitrinciliyini o, bürünc medalla başa vurmuşdu. İki il əvvəl Bolqarıstanın Albena şərənidə və bu il Tayvanda dünya üçüncüsü olub.

Xəbər 908 dəfə oxundu.