"Panatinaikos"un şikayəti rədd edildi
UEFA Yunanıstanın "Olimpiakos" klubunun Çempionlar Liqasının qrup mərhələsində iştirakına icazə verib.

"Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Panatinaikos" "Olimpiakos"dan Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

"Olimpiakos"un sahibi Pirey Vangelis Marinakisin Yunanıstan futbolundakı rüşvət qalmaqalına görə həbs olunmasından sonra "Panatinaikos" Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək əzəli rəqibinin Çempionlar Liqasının qrup mərhələsindən kənarlaşdırılması tələbini irəli sürüb. Lakin CAS Marinakisə qarşı edilən ittihamları rədd edib və "Panatinaikos"un şikayəti təmin olunmayıb.

Qeyd edək ki, son Yunanıstan çempionu olan "Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak hüququ əldə edib. "Panatinaikos" isə Çempionlar Liqasının III təsnifat mərhələsində "Brügge"yə (Belçika) uduzaraq mübarizəni dayandırıb.

Xəbər 682 dəfə oxundu.