"Eybar" da yeni mövsümdə ilk matçına çıxıb
İspaniya La Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən klub səfərdə Eddinin sabiq komandası "Qranada"nın qonağı olub. Matç futboçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Qeyd edək ki, zədədən əziyyət çəkən İsrafilovun adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Xəbər 672 dəfə oxundu.