Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb
Türkiyə PTT 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb. Matçda hesab açılmayıb - 0:0. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Qaziantep BB" hazırda 2 xalla 12-ci yerdə qərarlaşıb.

Xəbər 754 dəfə oxundu.