"Qəbələ"nin rəqibi qələbə qazandı
Bu gün Yunanıstan superliqasında 2015/2016 mövsümünün ilk turuna yekun vurulub.

"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" ilk matçını keçirib.

Afina təmsilçisi səfərdə "Panetolikos" klubu ilə qarşılaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Panatinaikos" ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.



24 avqust
Yunanıstan superliqası, 1-ci tur
23:30. "Panetolikos" - "Panatinaikos" - 1:2
Qollar: Kappel, 41-pen (1:0), Karelis, 51 (1:1), Berq, 84 (1:2)

Xəbər 789 dəfə oxundu.