Qrossmeysterimiz Praqada çempion oldu
Çex Ruspeblikasının paytaxtında keçirilmiş beynəlxalq şahmat turnirində 9 partiyadan 7,5 xal toplayan Azərbaycan qrossmeysteri Nicat Məmmədov, yekunda qalib adını qazanıb. İdman.com.az saytı xəbər verir ki, braziliyalı Aleksandr Fiyer də eyni xal yığıb. Amma əmsallara görə təmsilçimiz 1-ci olub. Sonuncu turda həmyerlimiz ağ fiqurlarla Polşa şahmatçısı Marek Vokaçı məğlub edib.

Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə IX turdan ibarət keçirilib. Mübarizədə 163 şahmatçı iştirak edib. Onlardan 9-u qrossmeyster olub.

Xəbər 1064 dəfə oxundu.