Eddi İsrafilov kənarda qaldı, komandası mövsümə qələbə ilə başladı
İspaniya La Liqasında yeni mövsümün ilk turu başa çatıb. Son oyunda Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" mübarizə aparıb.

Basklar səfərdə Eddinin sabiq komandası "Qranada"nın qonağı olub. Matç futboçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 3:1. İsrafilov isə bu oyunu kənardan izləyib. Belə ki, zədədən əziyyət çəkən futbolçumuzun adı bu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Xəbər 626 dəfə oxundu.