“Qəbələ”nin rəqibinin baş məşqçisi: “Uşaqlar nəyəsə inananda heç nədən qorxmadan vuruşur”
"Hər zaman qol vurursansa, bu sənə özünəəminlik hissi bəxş edir. Matç boyu rəqibdən daha üstün oynadıq. Bərabərlik qolundan sonra qələbə üçün vuruşduq”. Bu sözləri "Panatinaikos”in baş məşqçisi Yannis Anastasiu söyləyib.

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qəbələ”nin rəqibi olan Afina təmsilçisi Yunanıstan çempionatının ilk turunun son oyununda "Panaitolikos”u səfərdə çətinliklə məğlub edib. Hesabda geri düşdükdən sonra 2 qol vuraraq əzmkar qələbə əldə edən "yaşıllar”ın çalışdırıcısı yetirmələrinin heç nədən qorxmadığını qeyd edib:

"Qələbə üçün oynadığımızı hamıya göstərdik. Nəticədə vacib olan qolu vurduq. Superliqada hər qələbə vacibdir və çətinliklə əldə olunur. Amma əsas odur ki, uşaqlar nəyəsə inananda heç nədən qorxmadan vuruşur”.

Xəbər 697 dəfə oxundu.