"Bavariya"dan Müller açıqlaması
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin klubdakı gələcək taleyinə aydınlıq gəlib.
25 yaşlı futbolçu növbəti mövsümdə də Münhen təmsilçisində qalacaq.
Bu barədə danışan klubun direktoru Matias Sammer Mülleri satmayacaqlarını bildirib: "Hər futbolçuya ehtiyacımız var. Müller də həmin futbolçulardan biridir. Onu heç bir kluba satmayacağıq".

Qeyd edək ki, Müllerin "Mançester Yunayted"ə transfer olunacağı iddia olunur. İngiltərə təmsilçisi onun transferi üçün 50 milyon avrosundan keçməyə hazırdır.

Xəbər 634 dəfə oxundu.