MY futbol məktəbinə seçim prosesinin növbəti mərhələsi yekunlaşıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Məktəbinə uşaq seçimi prosesinin növbəti mərhələsini başa çatdırıb. Bayıl stadionunda təşkil olunmuş seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqların seçimində 54 nəfər iştirak edib.

Qeyd edək ki, seçimlər “Mançester Yunayted” Futbol Məktəbindən ezam olunan məşqçi Mick Benett, Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

Xəbər 774 dəfə oxundu.